Konfederasiya | |||||
Qaraqoyunlular | |||||
---|---|---|---|---|---|
az.-əski. قاراقویونلولار | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | |||||
Ən böyük şəhər | Van, Ərzurum, İrəvan, Bağdad, Ərdəbil | ||||
Rəsmi dili | Azərbaycan dili (sülalə, rəsmi məhkəmə, poeziya dili) fars dili (poeziya dili) | ||||
Dövlət dini | İslam (şiəlik) | ||||
Valyuta | Təngə | ||||
Ərazisi | 3.000.000 km²[1] | ||||
Əhalisi | 4.000.000 (Ağqoyunlulardakı kimi) | ||||
İdarəetmə forması | Mütləq Monarxiya | ||||
Sülalə | Baharlı sülaləsi | ||||
Bəy, Sultan, Padşah | |||||
• 1351-1380 | Bayram xoca | ||||
• 1380-1389 | Qara Məhəmməd | ||||
• 1390-1420 | Qara Yusif | ||||
• 1421-1436 | Qara İsgəndər | ||||
• 1436-1467 | Cahanşah Həqiqi | ||||
• 1467-1468 | Həsən Əli (Qaraqoyunlu) | ||||
• 1468-1469 | Yusif mirzə (Qaraqoyunlu) | ||||
Tarixi | |||||
• 1375-1410 | Bəylik dövrü | ||||
• 1410-1468 | İmperiya dövrü | ||||
• 1469 | Süqutu | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Qaraqoyunlular və ya Baharlılar (az.-əski. قاراقویونلولار; fars. قره قویونلو; türk. Karakoyunlular) — 1375–1468-ci illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və Şimali İraq ərazilərini idarə etmiş Türkman tayfalarından ibarət tarixi tayfa ittifaqı və dövlət.[2][3] Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlardır.
Qaraqoyunluların böyük bir imperiyaya çevrilməsi Qara Yusifin dövründə olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.[4]
Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir, lakin Şahrux geri qayıdandan sonra onun tutduğu bütün torpaqlar Qara İsgəndər tərəfindən yenidən ələ keçirildi.[5]
Qara İsgəndərdən sonra hakimiyyətə Cahan şah gəldi. Cahan şah Qaraqoyunluların güclü hökmdarlarından olmuşdur. Onun dövründə Qaraqoyunlu mədəniyyəti inkişaf etmişdir. Cahan şah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində və Fars dilində şeirlər yazırdı. Böyük fəthlər edərək Qaraqoyunlu imperiyasının ərazisini genişləndirmişdir.[6]
Alman Türkolog Gerhard Doerfere görə Ağqoyunlu və Qaraqoyunlu türkmanları "Türkmən" sözünün hələ də qarma-qarışıqlara yol açması çox qəribədir, Leninqradda iraq Oğuz ədəbiyyatının oğuz "Türkmən" adı ilə girdiyini gördüm; Türkmân sözü əslində "köçəri oğuz mənasını daşıyır. Ağqoyunlu və Qaraqoyunlu "Türkmənləri" hər halda azərbaycanlılardır.[7]
Cahanşahın 1467-ci ildə ölümündən sonra hakimiyyətə gələn Həsənəli mirzə Uzun Həsən tərəfindən öldürüldü, beləliklə Qaraqoyunlu imperiyası süqut etdi.[8]