XBT-10 təsnifatı | ||
---|---|---|
Qamma üsulu ilə rənglənmiş qarayara törədicisi basillərin mikrofotoqrafiyası | ||
Qarayara | ||
A22 | Qarayara yun. Anthrax Qarayara çöpü (Bacillus anthracis) tərəfindən törədilmiş infeksion xəstəlik | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.