Şəhər | |
Qlazqo | |
---|---|
ing. Glasgow | |
55°52′12″ şm. e. 4°16′12″ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Region | Şotlandiya |
Tarixi və coğrafiyası | |
Sahəsi | 175,5 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 592,82 nəfər (2010) |
Sıxlığı | 8541 nəf./km² |
Milli tərkibi | şotlandlar, pakistanlılar, çinlilər, hindistanlılar |
Dini tərkibi | katolisizm, protestantlıq, islam |
Rəsmi dili | ingilis dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +44 141 |
Poçt indeksi | G1-G80 |
Nəqliyyat kodu | SA-SJ |
Digər | |
glasgow.gov.uk (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Qlazqo (ing. Glasgow [ˈɡlɑːzɡoʊ], ş.german Glesga, şot.kelt Glaschu [ˈkɫ̪as̪xu]) — Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, Birminhem və Lidsdən sonra) dördüncü ən böyük şəhər. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır.
VI əsrin ortalarında qurulan Qlazqo, orta əsrlərdə Şotlandiyanın ən əhəmiyyətli dini və təhsil mərkəzlərindən biri hesab edilirdi. XVIII əsrin sənaye inqilabı Qlazqonu Böyük Britaniyada ən böyük sənaye mərkəzlərindən (xüsusilə gəmiqayırma sahəsində) birinə çevirdi, və növbəti əsrdə şəhərin çiçəklənən iqtisadiyyatı Qlazqonu İmperiyanın ikinci şəhərinə çevirmişdi.
Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri bu şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır.