Qranit

Qranit
Minerallar kvars[1], Plaqioklazlar[1], aydaşı[1], Mikalar, Uran[2], Torium[2]
Sərtlik 6 ± 1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.[3]

  1. 1 2 3 Streckeisen A. Classification and Nomenclature of Plutonic Rocks. Recommendations of the IUGS Subcommission on the Systematics of Igneous Rocks (ing.). // International Journal of Earth Sciences Springer Science+Business Media, 1974. ISSN 1437-3254; 1437-3262 doi:10.1007/BF01820841
  2. 1 2 https://www.epa.gov/radiation/granite-countertops-and-radiation (ing.). / United States Environmental Protection Agency
  3. "Dünya şəhərlərinin memarlığında qranit istifadə". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.

Developed by StudentB