Qumarxana

Qumarxana — Kütləvi şəkildə qumar oyunlarının təşkil edildiyi və ya keçirildiyi yerlərə verilən ümumi ad. Bir çox ölkələrdə qumarxanalara daxil olmaq üçün şəxslərdən yetkinlik yaşına çatmaları tələb olunur. Amerika Birləşmiş Ştatları başda olmaqla Almaniya, Çin, Fransa, İngiltərə, Kipr, İsveçrə, Avstraliya, İtaliyaMonakoda 18 yaşından aşağı şəxslər qumarxanalara buraxılmır. Günümüzdə qumarxanaları ifadə etmək üçün daha müasir bir termin olan Kazino sözündən istifadə olunur. ABŞ-nin Nevada ştatında yerləşən Las-Veqas şəhəri və Avropada yerləşən Monako ümumdünya qumarxana paytaxlarından hesab olunur.


Developed by StudentB