Ranobe (ラノベ?), raynobe (ライノベ?), asan roman (ライトノベル, raito noberu?) və ya layt-novel — əsasən gənc kütlə – orta məktəb və lisey tələbələri üçün nəzərdə tutulan yapon romanların bir növü.[1][2] Ranobe əvəzinə işlədilən sözlərdən biri olan "layt-novel" vasey-eyqo olub, ingilis dilindəki "light novel" söz birləşməsindən yaranmışdır. Ranobe daha tez-tez işlədilən sözdür.[3] Qərbdə bəzən LN qısaltmasından istifadə olunur. Ranobelər adətən 40.000–50.000 sözdən ibarət olur, daha qısa olanları ABŞ ədəbiyyat terminologiyasında novella adlandırılan hekayə növünə ekvivalent hesab olunur. Ranobelər nadir hallarda 100-dən çox səhifədən ibarət olur, çap olunması üçün cədvəl hazırlanır, adətən bunkobon (A6, 10,5 sm × 14,8 sm) formatında nəşr olunur və manqa stilində olan illüstrasiyalara malik olur.[4] Lakin illüstrasiyasız ranobelərə də rast gəlmək mümkündür.[5] Mətn çox vaxt kitab şəklinə salınmazdan qabaq antologiya jurnallarında serializasiya olunur.