Resident Evil 7: Biohazard | |
---|---|
| |
Hazırlayanlar | Capcom |
Yayımlayanlar | Capcom |
Buraxılış tarixləri | 24 yanvar 2017, 26 yanvar 2017, 24 may 2018, 9 dekabr 2020, 1 aprel 2021, 13 iyun 2022, 16 dekabr 2022, 2 iyul 2024[2] |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janr | survival horror, birinci şəxs atıcı |
Texniki məlumat | |
Platforma | Microsoft Windows[1], Xbox One, PlayStation 4, Nintendo Switch[d], iOS, iPadOS[d], macOS |
Oyun rejimi | birnəfərli oyun[1] |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], italyan dili[1], alman dili[1], ispan dili[1], yapon dili[1], braziliya portuqal dili[1], ərəb dili[1], koreya dili[1], rus dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1], polyak dili[1] |
Daşıyıcı | Blu-ray Disc, rəqəmsal distribusiya |
İdarəetmə | geympad, kompüter klaviaturası, kompüter siçanı |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Resident Evil 7: Biohazard (azərb. Şər yuvası 7: Biotəhlükə) — “Capcom” tərəfindən hazırlanmış və 2017-ci ildə satışa çıxarılmış survival horror janrındakı videooyun. Oyunda yeni baş qəhrəman olan İtan Vinters təqdim edilib. Bu şəxsin əsas məqsədi arvadı Mianı Luiziana ştatındakı xaraba qalmış plantasiya evində yaşayan amansız Beyker ailəsinin əlindən qurtarmaqdır. “Resident Evil 7”, seriyanın əvvəlki döyüş yönümlü oyunları olan “Resident Evil 5” və “6”dan daha qorxulu və yavaş templidir. Bu, seriyanın birinci şəxs baxış bucağından idarə olunan ilk oyunudur.
“Capcom” bu videooyunu özünün yeni “RE Engine” adlı qabaqcıl oyun mühərrikindən istifadə edərək hazırlamışdır. Oyunun inkişafına “Resident Evil: Revelations”dakı işinə görə tanınan Koşi Nakanişi rəhbərlik edib. Tərtibatçılar proses zamanı 1981-ci ildə ekranlara çıxan “Qorxunc ölülər” filmindən ideyalar alıblar. Oyunun demosu olan “Kitchen” 2015-ci ildə keçirilən “E3” sərgisində nümayiş olunub. Bu demo bir neçə dəqiqəlik qısa VR təcrübəsi idi. “Resident Evil 7”nin rəsmi təqdimatı bir il sonra “E3 2016”da baş tutub. Oyuna sonralar iki yüklənə bilən məzmun əlavə edilib. Bu “DLC”lərə ”Not a Hero” və “End of Zoe” daxildir.
“Resident Evil 7” 2017-ci ilin yanvarında PlayStation 4, Windows və Xbox One üçün satışa çıxarılıb. Oyunun davamı olan “Resident Evil Village” 2021-ci ildə buraxılıb.