Romantizm

Jozef Vernet, 1759

Romantizm (fr. romantisme) — XVIII əsrin sonu — XIX əsrin əvvəllərində AvropaAmerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" nümayəndələrinin (Şleqel qardaşları, F.Novalis, L. Tik, V. Vakkenroder) fəaliyyəti (1798–1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını "bədii ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi deyil, "olmalı olduğu kimi" təsviri təşkil edir.

A. S. Puşkin, M. Y. Lermontov, E. Hofman, C. Q. Bayron, P. B. Şelli, C. Kits, V. Hüqo, F. R. Şatobrian, A. Vinyi, C. Leopardi, A. Mandzoni, Ş. Petefi, M. Eminesku, T. Şevçenko romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar.

Azərbaycan ədəbiyyatında romantizm isə H. Cavid, M. Hadi, A. Səhhət, A. Şaiq və b. tərəfindən icra olunmşdur.


Developed by StudentB