Rubl (/ˈruːbəl/; rus. рубль) Rusiya iqtisadiyyatı ilə bağlı olan Şərqi Avropa ölkələrində işlədilən pul vahidi. Rubl ilk dəfə Rusiya imperiyası dövründə pul vahidi kimi yaradılmışdı. Sonra isə SSRİ-nin valyuta vahidi kimi işlədilmişdir. Dövrümüzdə Rusiyada və Belarusiyada valyuta kimi işlədilir. Habelə, Rusiyanın təsiri altında olan Abxaziya və Şimali Osetiyada da rəsmi pul vahidi kimi rubldan istifadə edilir. Bir rubl 100 qəpikə(rus. копе́йка) bərabərdir.[1][2].