Sarbonna (fr. la Sorbonne) — tarixi memarlıq abidəsi, Paris Universitetinin mərkəzi. Parisin Latın məhəlləsində yerləşir, şəhərin mülkiyyəti hesab edilir.
Sarbonna adı kral IX Lüdovikin keşişi olan ilahiyyatçı Rober de Sorbonun adından götürülüb. O, XIII əsrdə Kollej Sarbonna adlı ilahiyyat kollecinin əsasını qoydu, sonradan bu təhsil ocağı Paris universitetinə daxil edildi. Sonradan Sarbonna termini universitetə də aid edilməyə başlandı.