Sel

Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir.

Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu — iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir[1]. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir. Böyük Qafqazın Tikanlıçayı, Tikanbala, Kiçik Qafqazın və Qarabağ yaylasının ətəklərində yerləşən bir sıra kəndlərqəsəbələr böyük zərər görmüşdür. Sellərə qarşı əsas mübarizə tədbirləri hidrotexniki qurğuların (selötürən, selsaxlayan və s.) tikilməsi, fitomeliorativ, xüsusilə meşəmeliorativ işlərin yerinə yetirilməsi və s.-dən ibarətdir. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə qısa müddətdə sürətlə əriyən qar suları , zəlzələ və vulkanların hesabına yaranır. Bəzən faza rejimi kimi baş verən daşqınlara sel hadisəsi kimi baxırlar. Bu düzgün deyil. Sel və daşqın hadisələrini fərqləndirmək lazımdır. Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fiziki-coğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər. Sel və daşqın axımlarını fərqləndirən əsas cəhətlərindən biri də odur ki, sel axımlarında gətirmə-aşınma materialları daha çox üstünlük təşkil edir və sellərin 1m³ su kütləsinin təxminən 65–70%-i gətirmə materialları, qalanının su kütləsi təşkil edir. Daşqınlarda isə bu əksinədir. Sel axımları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür:

  1. Sulu-daşlı sellər
  2. Sulu-palçıqlı sellər
  3. Daşlı-palçıqlı sellər

Sellər növlərinə görə 2 yerə ayrılır:

  1. Turbulentli sellər
  2. Strukturlu sellər — daşlı-palçıqlı və ya sulu-palçıqlı olmaqla onların 1m³ kütləsində gətirmə materialları daha çox üstünlük təşkil edir. Daşqından fərqli olaraq selin tərkibində sudan çox yığıntı olur.
  1. Fövqəladə hadisələrin təsnifatı- BAKI 2001

Developed by StudentB