Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır.