Soyuducu

Müasir soyuducu

Soyuducu - istilik tәcridinә malik olan kamerada yeməklərin saxlanması üçün tətbiq olunan elektrik qurğudur. Soyuducu demək olar ki, hər ailədə mövcuddur. Soyuducunun işləmə prinsipi istiliyi işçi kameradan götürüb xarici mühitə verən istilik nasoslarına əsaslanır. Həmçinin sənaye soyuducuları da mövcuddur. Onların kameraları yüzlərlə kubikmetr həcmində olur və iri kombinatlarda, yeməkxanalarda tətbiq olunurlar.

Soyuducular iki tipə bölünürlər: qida məhsullarını saxlamaq üçün orta temperaturlu soyuducular və aşağı temperaturlu dondurucular. Son zamanlarda hər iki kameraları özündə kombinasiya edən soyuducular hazırlanır. İlk iki kameralı soyuducu "General Elektrik" tərəfindən hazırlanmışdır.


Developed by StudentB