Stadion və ya futbol meydançası - kompleks idman yarışlarının keçirilməsini təmin edən inşaat qurğusu. Stadionun tərkibinə əsas meydança və tamaşaçılar üçün tribunalar, qaçış yolları, yüngül atletika sahələri, idman oyunları və gimnastika yarışları keçirmək üçün xüsusi meydança və salonlar, yardımçı qurğular daxildir.
İlk stadionlar Qədim Yunanıstanın Olimpiya, Afina və s. şəhərlərində tikilmişdir. Rio-de-Janeyrodakı Marakana stadionu dünyada ən böyük stadiondur. Örtülü stadionlar da tikilir.
2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətində olan Bakı şəhərində 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə başlanılıb.
Tikintini Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkəti aparacaq.
Olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. 1 milyard dollara başa gələcək layihə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilir.
TOCA -dan bildirilir ki, stadion 36 aya tikiləcək. Stadion bir-birinin içinə dolanan halqa görüntüsü ilə diqqəti çəkəcək. Bu arena Bakının ən görkəmli qurğularından birinə çevriləcək. Böyük Şor gölünün ətrafındakı 50 hektarlıq sahədə tikiləcək stadion FİFA standartlarına uyğun olacaq.[1]