Steam

Steam
Loqonun şəkli
Müəllif Valve[1]
Tərtibatçı Valve
Proqramlaşdırma dili C++, Java, Objective-C
Əməliyyat sistemi Android, iOS, Linux, macOS, Windows
Yayımlanma tarixi 12 sentyabr 2003
Sonuncu versiya
Sayt store.steampowered.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, Sega, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir.

2013-cü ilin may ayında, artıq Steam-də dörd mindən çox oyun yayılır. Bu oyunlara hər gün, həftələr arası və həftəsonu endirimləri aiddir. Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib. Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır.

Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar, treylerlər yayımlanırdı ancaq, Valve bir neçə dəfə bildirmişdi ki, onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi, filmlərin yayımına da başlayacaqlar.

2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı. Hal-hazırda bu bölmədə Source-Filmmaker, Art Rage kimi proqramlar mövcuddur.

Steam Windows 7, 88.1 dəstəyi 1 Yanvar 2024-cü ildə başa çatdığını söylədi və artıq bəzi oyunlar Windows 10 vəya yüksək əməliyyat sisteminə tövsiyə edir.[3]

  1. At Valve we make games, Steam, and hardware..
  2. https://cdn.akamai.steamstatic.com/client/installer/steam.deb.
  3. "Steam Support :: Windows 7 and Windows 8 Support". help.steampowered.com (ingilis). İstifadə tarixi: 2024-09-29.

Developed by StudentB