Telekinez- heç bir kontakt olmadan uzaqdan-uzağa predmetlərə təsir göstərmək qabiliyyəti, ekstrasensor qavrayış forması. Bugünkü gündə bu sahədə Uri Geller, V.Avdeyev, N.S.Kulaqina və b.-nın adı xüsusilə məşhurdur. İngiltərəli U.Gellerin qabiliyyəti dünyanın bir sıra ölkələrinin laboratoriyalarında araşdırılıb, müxtəlif ağır predmetləri baxışının gücü ilə hərəkət etdirməsi beynəlxalq telekanallarla nümayiş etdirilib. SSRİ-də bənzər effektlər marksizm-leninizmlə ziddiyyət təşkil etdiyindən şarlatanlıq, fırıldaqçılıq kimi qəbul edilərək, bu tipli effektlər, qabiliyyətlər üzərində alimlərin tədqiqat aparmasına, məqalə çap etdirməsinə imkan verilməmiş, əksinə, bu cür qabiliyyəti olan şəxslərin əleyhinə mütəmadi məqalələr dərc etdirilmişdi.
- Bu cür hücum obyektlərindən biri, o vaxt nisbətən az tanınan Ninel Sergeyevna Kulaqina adlı fenomenal qabiliyyətli bir qadın idi. Onun qabiliyyətini şübhə altına alan, onu şarlatanlıqda ittiham edən bu cür məqalələrdən ikisi ("İnsan və qanun" jurnalı, N9/1986, N6/1987) ilə əlaqədar Kulaqina 1988-ci ildə məhkəməyə müraciət etmiş və SSRİ kimi bu tip məsələlərə qarşı qatı skeptik olan bir ölkənin məhkəməsini udmuşdu. Belə ki, o, məhkəmənin göndərişi ilə təşkil olunmuş 900 elmi personaldan ibarət rəsmi ekspertizada baxışının gücü ilə şüşə altında qoyulmuş çarxı fırlanmağa, 553 qr. ağırlığında şüşə qrafini hərəkət etməyə məcbur etmişdi. Nəticədə, elmi dairələrin rəsmi qənaəti əsasında məhkəmə onun qabiliyyətinin hələ elmə məlum olmayan effekt olduğunu rəsmi şəkildə təsdiqləmişdi.
- Bu kateqoriyadan daha bir şəxs – V.İqnatenkodur. O, telekinezə bənzər qabiliyyət olan "astral karate" fenomeni ilə məşhurdur. Belə ki, heç bir kontakt olmadan uzaqdan-uzağa insanlara zərbə endirə bilir.