Traviata

Traviata
it. La Traviata
İlk afişa (6 mart 1853)
Bəstəkar Cüzeppe Verdi
Librettoçu Françesko Maria Piyave
Dili italyanca
Süjet Aleksandr Düma "Kameliyalı Qadın"
Janr faciə
Pərdə 3
Yaradılma tarixi 1851 - 1853
İlk səhnələşdirmə 6 mart 1853[1]
Aid olduğu silsilə xalq üçlüyü[d]
Hadisələrin baş verdiyi yer Paris
Personajlar
Premyera 6 mart, 1853
Venesiya, La Feniçe teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Traviata (it. La Traviata) - İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Françesko Maria Piyavenin librettosunun yazdığı 3 pərdəli opera əsəri.

İlk dəfə 6 mart 1853-cü ildə Venesiyadakı La Feniçe teatrında səhnəyə qoyulmuşdur.


Aleksandr Dümanın 1848-ci ildə yazdığı "Kameliyalı Qadın" romanının motivləri əsasında səhnələşdirilmişdir. Opera ilk dəfə 6 mart 1853-cü ildə Venesiyadakı La Feliçe teatrında səhnəyə qoyulmuşdur.

La Feliçe teatrı

"La Traviata" "Yolunu azmış qadın" və ya "Doğru yoldan çıxmış qadın" mənasını verir. Opera hazırlanarkən libretto müəllifi Piyave və bəstəkar Verdi, əsərdə Düma kimi XIX əsrin olmasını istəyirlər. Lakin əsəri sifariş verən La Feliçe teatrı əsərin daha keçmişi, 1700-cü illərin əhatə etməsini tələb edir. Buna baxmayaraq 1880-ci illərdən sonrakı əsərlərdə bəstəkar və librettoçunun istəkləri nəzərə alındığından, opera XIX əsri əhatə edərək tamaşaçılara çatdırılır.

Əsərdə 1853-cü ildən bəri müxtəlif dəyişikliklər edilmiş, bəzi yerlərdə 2, bəzi yerlərdə isə hətta 4 pərdəli olaraq səhnələşdirlimişdir.

Cüzeppe Verdi

Hal-hazırda opera dünyanın ən məşhur operaları arasında ön sıralarda yer alır və demək olar ki dünyanın, bütün opera evlərinin rpertuarında, imtinaedilməz bir əsərdir. Amerikanın opera siyahısında, Şimali Amerikada ən çox səhnəyə qoyulan 20 opera arasında, 3-cü yerə sahibdir. (1. Madam Batterflay 2. La bohème)

Azərbaycanda əsasən 4 pərdəli olaraq izləyicilərə çatdırılır.

  1. Archivio Storico Ricordi. 1808.

Developed by StudentB