VMware, Inc. — ABŞ bulud hesablama və virtuallaşdırma texnologiyası şirkəti. Baş qərargahı KaliforniyanınPalo-Alto şəhərində yerləşir.[4] VMware x86 arxitekturasını virtuallaşdıran ilk kommersiya uğurlu şirkət idi.[5]
"VMware"in masaüstü proqramı "Microsoft Windows", "Linux" və "macOS" sistemlərində işləyir. VMware ESXi, onun korporativ proqram təminatı hipervizoru, server aparatında işləyən əməliyyat sistemidir.[6][7]
2022-ci ilin may ayında "Broadcom Inc." şirkəti "VMware"i 61 milyard ABŞ dolları dəyərində nağd pul və səhm əməliyyatı ilə satın almaq barədə razılaşma əldə etmişdir.[8]