Veb-analitika – veb-saytların keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması üçün istifadəçilər haqqında informasiyanın yığılması, ölçülməsi, tədqiqi, təsviri və interpretasiyasıdır.
Veb-analitika internet-marketinqin fundamental əsasını təşkil edir, onun tərkib hissəsidir. Veb-analitika, internet-texnologiya və marketinq kommunikasiyaları sahəsində biliklərin məcmusudur.
Veb-analitikanın əsas məqsədlərindən biri veb-saytların monitorinqinin aparılmasıdır. Veb-analitikanın tətbiqi ilk baxışda göründüyündən daha genişdir. O, yalnız şəbəkənin fəaliyyəti və saytın ziyarətçilərinin təhlilindən ibarət deyil. Veb-analitikanın köməyi ilə marketinq şirkətlərini proqnozlaşdırmaq, bazarı təhlil etmək, alıcıların mallara münasibətinin monitorinqini aparmaq və s. mümkündür.
Veb təhlil edilir, üç mərhələyə: məlumat toplamaq, təhlil etmək, məlumatlar və davranış dəyişdirmək daha səmərəli.[1]