Vensen (fr. Vincennes) — Paris şəhərinin cənub-şərqində Vensen meşəsində (Bois de Vincennes) yerləşən Val-de-Marn departamentinin kommunası. Vensendə əsas tarixi yer Valya qəsri (XIV əsr) hesab edilir. Qəsr böyüklüyü ilə nəzəri cəlb edir. Əvvəllər qəsr həbsxana kimi istifadə edilsə də, hal-hazırda burada hərbi muzey yerləşir. Paris metrosunun stansiyalarından biri ("Chateau de Vincennes") bu qəsrin yaxınlığında yerləşir.
- ↑ répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
- ↑ 1 2 répertoire géographique des communes. Institut national de l'information géographique et forestière, 2015.
- ↑ Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
- ↑ Base officielle des codes postaux. La Poste, 2018.