Vodevil (fr. vaudeville) — Fransa feodalları arasındakı eybəcər şəxsləri lağa qoyan xalq satirik mahnılarının adı. XVIII əsrin birinci yarısında yarmarka tamaşaları zamanı ifa olunan nəqarətli kiçik mahnı – bəndlərə vodevil deyirmişlər. Sonralar həcmcə bir o qədər böyük olmayan və bəzən bəndləri və rəqsi də olan məzəli teatr pyeslərinə habelə birpərdəli şən komediyalara vodevil deməyə başlamışlar.
XIX əsrin əvvəllərində Azərbaycan səhnəsində S.M.Qənizadə, Mirzağa Əliyev və başqalarının çoxlu vodevili tamaşaya qoyulmuşdur.[1]