Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
XML | |
---|---|
Yaradılma tarixi | 1998[1] |
Tərtibatçılar | W3C |
Fayl sonluğu |
.xml [2] |
w3.org/XML | |
Vikianbarda əlaqəli mediafayllar |
Extensible Markup Language (genişlənən işarələmə dili, qısaca XML) — həm insanlar həm informasiya əməliyyat sistemləri tərəfindən asanca oxuna biləcək sənədlər yaratmağa yarayan, W3C tərəfindən təyin olunmuş bir standartdır. Bu xüsusiyyəti ilə məlumat saxlamanız yanında fərqli sistemlər arasında məlumat mübadiləsi etməyə yarayan bir ara format vəzifəsi də görər. SGML'in sadələşdirilmiş bir alt hinidir.
XML - ing. <eks-em-el> (Extensible Markup Language – genişlənəbilən nişanlama dili) – World-Wide Web sənədlərini formatlaşdırmaq üçün metadil, SGML dilinin altçoxluğu. Con Bosak’ın (Jon Bosak) rəhbərliyi altında işlənib hazırlanıb və 1998-ci ildə W3C tərəfindən təklif olunub. XML verilmiş mövzu sahəsinin sənədlərinin spesifikasını nəzərə alan nişanlama dilləri yaratmağa imkan verir (məsələn, MathML, XLink, SMIL, XSL və s.). XML-sənədi iki hissədən ibarətdir: istifadə olunan dilin təyinindən və sənədin özündən. Dilin təyini DTD şablonları vasitəsilə verilir və istər sənədin olduğu faylda, istərsə də ayrıca saxlanıla bilər.