Xrizoberil | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
BeAl₂O₄ |
Strunz təsnifatı | IV/B.04 |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][1] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Xrizoberil — mineral, Al2BeO4. Qatışıqları: Fe3+, Fe2+, Cr. Rombik kristalları lövhəvari, prizmatik. İkiləşmə və üçlükləri {031} üzrə. Ayrılma {011} üzrə orta, {100} və {010} üzrə qeyri-mükəmməl. Aqreqat dənəvər. Müxtəlif çalarlı yaşıl, sarı, qəhvəyi, qırmızı, bəzən rəngsiz. Şüşə parıltılı. Sərtliyi 8,5. Xüsusi çəki 3,75. Qranit peqmatitlərində və aplitlərdə almandin, berill və b. ilə birlikdə. Plagioklazitlərin talklı şistlərlə kontaktında slüditlərdə. Bəzən dolomit mərmərlərində. Növ müxtəlifliyi: simofan. Rəngli şəffaf növləri, xüsusilə iki rəng verən aleksandrit qiymətli daşlardır.