Yaylar — maşınqayırmada çox geniş tətbiq olunan maşın hissəsidir, Onlar zərbə və təkan yüklərini yumşaltmaq, enerjini yığmaq və tədriclə işçi mexanizmə ötürmək (məsələn, saat mexanizmində), qüvvəni ölçmək (dinamometrlərdə, tərəzinin yayı), sıxıcı qüvvə yaratmaq (tormozlarda)və s. funksiyaları yerinə yetirmək üçün istifadə olunur.