Yekaterinburq | |
---|---|
Екатеринбург | |
56°50′08″ şm. e. 60°36′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1723 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 237 m |
İqlimi | Kontinental iqlim[d] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 343 |
Poçt indeksi | 620000–620999 |
Nəqliyyat kodu | 66, 96, 196 |
Digər | |
ekburg.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Yekaterinaburq (1924–1991 Sverdlovsk) — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.Şəhər statuslu Yekaterinburq Ural iqtisadi rayonunun iri inzibati, mədəni, elmi-tədris mərkəzlərindən biri sayılır[4].
Şəhər İseti çayının sahilində,Orta Uralın şərqində yerləşdirilmişdir.
1723-cü il 7 noyabrda (18 noyabr) əsası qoyulmuşdur. Ad imperatriçə Birinci Yekaterinanın şərəfinə verilmişdir. II Yekaterina 1781-ci ildə Yekaterinburqa Perm quberniyasının qəza-şəhər statusunu verdi.
Yekaterinburq, XIX sonu XX əsrin əvvəllərində Uralda inqilabi hərəkat mərkəzlərindən biri idi.Sovet illərində ölkənin güclü sənaye və inzibati mərkəzinə çevrilmişdir. Şəhər Böyük Vətən müharibəsində Sovet İttifaqının qələbəsinə böyük töhfə verib.Müharibə illərdə Ural zavodu ağır maşınqayırmanın və zirehli texnikanın istehsalına görə ən böyük sovet istehsalçıları sırasına daxil idi.
Yekaterinburq şəhəri Rusiyada əhali sayına görə (Moskva, Sankt-Peterburq və Novosibirskdən sonra) 4-cü yerdədir. Yekaterinburq Rusiyanın dördüncü böyük aqlomerasiyasıdır. Ölkənin ən inkişaf etmiş üç post-sənaye aqlomerasiyasından biridir.
Ölkənin ən böyük nəqliyyat və logistika mərkəzlərindən biri (beynəlxalq hava limanı, Trans-Sibir Dəmir Yolu və şəhərdən keçən 6 federal magistral), optik-mexanik sənayesi, alət istehsalı və ağır mühəndislik, metallurgiya, çap, yüngül və yeyinti sənayesi, hərbi sənaye kompleksi mühüm sənaye mərkəzidir.
Ekaterinburq ən mühüm inzibati mərkəzdir. Burada Mərkəzi Hərbi dairənin qərargahı, Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Rəyasət Heyətinin və 35 federal hökumətin ərazi orqanları yerləşir [5]. Bura "Uralın paytaxtı"da adlanır[6].
Şəhər 2018-ci ildə futbol üzrə dünya çempionatının sahiblərindən biri olub.