Yukon | |
---|---|
60°43′15″ şm. e. 135°03′12″ q. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Vaythors |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1898 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | CA-YT |
Poçt indeksi | Y |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Yukon — Kanadada ərazi. Mərkəzi Vaythors şəhəridir.
Yukon (Kanada fransızcası: [juˈkõ]; əvvəllər Yukon Ərazisi və ya the Yukon adlanırdı)[4] Kanadanın üç ərazisi içində ən kiçik və ən qərbində yerləşir. Bura 2024-cü ilə qədər əhalisi 45,750 nəfər olmaqla Kanadada üçüncü ən az məskunlaşılan əyalət və ya ərazidir. Bununla belə, ərazi paytaxtı Uaythors üç ərazi içində ən böyük yaşayış məntəqəsidir.[5]
Yukon Şimal-Qərb Ərazilərindən 1898-ci ildə Yukon Ərazisi adı ilə ayrıldı. 2002-ci il martın 27-də krallıq təsdiqi alan federal hökumətin Yukon Aktı ilə Yukon Ərazisi adı hələ də populyar istifadədə olsa da, ərazinin rəsmi adı olaraq "Yukon" təyin edildi. “Canada Post” ərazinin beynəlxalq təsdiq edilmiş poçt abbreviaturası kimi YT-dən istifadə edir.[6][4] 2021-ci ildə ərazi hökumətinin siyasəti "The Yukon" adının rəsmi ərazi hökumət materiallarında istifadə üçün tövsiyə edilməsi yönündə dəyişdirildi.[7]
Rəsmi olaraq ikidilli (ingilis və fransız) olmasına baxmayaraq, Yukon hökuməti İlk Millətlərin dillərini tanıyır.
5959 m hündürlüyü ilə Yukonda Klueyn (Kluane) Milli Parkı və Qoruğundakı Loqan dağı Kanadanın ən hündür dağı və Şimali Amerika materikində (ABŞ-ın Alyaska əyalətindəki Denali dağından sonra) ikinci ən yüksək dağdır. Yukonun əksər ərazilərində uzun, soyuq qış və qısa, isti yay ilə xarakterizə olunan subarktik iqlim var. Şimal Buzlu okean boyunca sahil zonası tundra iqliminə malikdir.
Mühüm çaylara Yukon, Pelli (Pelly), Stüart (Stewart), Pil (Peel), Vayt (White), Liard və Tatşenşini daxildir.