Zodiak

ZodiakGünəşin illik zahiri hərəkəti zamanı göy sferində cızdığı böyük göy dairəsi olan ekliptikanın təxminən 8° Şimal və ya Cənub hissəsini əhatə edən sahə.[1] Ayın və vizual müşahidə olunan planetlərin trayektoriyası da zodiak qurşağındadır.[2]

Qərb astrologiyasında və qədim astronomiyada zodiak hərəsi 30° coğrafi uzunluğu əhatə etməklə qabaca bürclərə uyğunlaşdırılan 12 işarəyə (hissəyə) ayrılmışdı: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça, Balıqlar.[3]

12 astoloji işarə qalaktik koordinat sistemi və ya daha spesifikolaraq ekliptikanın qalaktik enliyinin əsası və Günəşin ekinoksdakı qalaktik uzunluğunun əsası olaraq mövqeləndirilməsinə şərait yaradan elliptik koordinat sistemi əmələ gətirir.[4]

  1. C.M.Quluzadə Klassik Astronomiya Bakı, 2007
  2. "zodiac". Oxford Dictionaries. Oxford University Press. Retrieved 19 September 2017.
  3. Noble, William, "Papers communicated to the Association. The Signs of the Zodiac.", Journal of the British Astronomical Association, 12: 242–244
  4. Leadbetter, Charles (1742), A Compleat System of Astronomy, J. Wilcox, London, p. 94

Developed by StudentB