1989

İllər
198519861987198819891990199119921993
Onilliklər
1960-cı illər1970-ci illər1980-ci illər1990-cı illər2000-ci illər
Əsrlər
XIX əsrXX əsrXXI əsr
1989 digər təqvimlərdə
Qriqori təqvimi 1989
MCMLXXXIX
Yuli təqvimi 1989
Yuli təqvimi
bizans erasında
7497-7498 (1 sentyabr)
Romanın yarandığı gündən 2741-2742 (21 aprel)
Avropa təqvimi
5749-5750

ה'תשמ"ט  - ה'תש"ן

Hicri təqvim 1409-1410
Erməni təqvimi 4481-4482 (11 avqust)

ՌՋՁԹ

Çin təqvimi 4685-4686
戊辰 - 己巳
sarı əjdaha  - sarı ilan
Efiopiya təqvimi 1981 - 1982
Hind təqvimi
- Vikram-samvat 2045-2046
- Şaka sambat 1911—1912
- Kali-yuqa 5090-5091
İran təqvimi 1367-1368
Buddist təqvimi 2532
Holosen təqvimi 11989
Yapon xronologiyası 64 Syova erası — 1 Heysey erası7 января)
Fransız inqilabı təqvimi 197—198
Çuçxe təqvimi 78-ci çuçxe ili
Minqo təqvimi 78-ci Tayvan ili

1989 (MCMLXXXIX) — Qriqori təqviminin bazar günündə başlamış olan, bizim eranınmiladi tarixin 1989-cu, II minilliyin 989-cu, XX əsrin 89-cu, 1980-ci illərin 10-cu və sonuncu ili.

1989-cu il siyasət tarixində dönüş nöqtəsi hesab olunur; belə ki, Polşa və Macarıstanda başlayan, noyabrda Berlin divarının açılması və Çexoslovakiyada Məxməri inqilabla zirvəyə çatan, dekabrda Rumıniyada kommunist diktaturasının devrilməsini də əhatə edən və 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılması ilə başa çatan inqilablar dalğası güc bölgüsü təcrübəsi ilə Avropadakı Şərq blokunu "silib-süpürdü". Qeyd edilən hadisələr tarixdə 1989-cu il inqilabları adı ilə tanınır. Kommunist hökumətlərə qarşı yönəlmiş inqilabların Şərqi Avropada əsas etibarilə uğurla nəticələndiyi həmin dövrdə kommunist Çinində etirazlar yatırılırdı. Belə etirazlardan ən məşhuru Pekindəki Tyananmen meydanı etirazları idi.

Bu, həmin il idi ki, iyirmi ildən çox Braziliyanı idarə edən hərbi diktatura rejiminin 1985-ci ildə başa çatması ilə 29 ildən sonra ilk dəfə Braziliyada prezident seçkiləri keçirilirdi; bu da demokratiyanın yenidən qurulması prosesinin son nöqtəsi oldu.

1989-cu ildə Frederik Villem de Klerk Cənubi Afrika Respublikasının dövlət başçısı seçilmiş və onun hakimiyyətdə olduğu beş ildə aparteid sistemi tədricən dağılmışdır. Bu hadisələrin kulminasiya nöqtəsi isə Afrika Milli Konqresinin həbsdə olan lideri Nelson Mandelanın 1994-cü il seçkiləri ilə hakimiyyətə gəlməsi oldu.

İlk özəl internet xidmət provayderi,[1][2] eləcə də ümumdünya hörümçək toru üçün ilk yazılı təklif və Yeni Zelandiya, Yaponiya və Avstraliyanın ilk internet əlaqələri də 1989-cu ildə yarandı. İlk dəfə məhz 1989-cu ildə tətbiq edilən preimplantasiya genetik diaqnoz metodu nəticəsində növbəti il ilk belə körpələr dünyaya gəlmişdir.[3]

  1. "Company History". Sublime IP. 2014-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  2. "Wired 7.08: Harmonic Convergence". Wired. Archive.wired.com. 2009-01-04. 2014-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  3. "Genetic Defect Screened Out; Healthy Twins Born". LA Times. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.

Developed by StudentB