2022

İllər
201820192020202120222023202420252026
Onilliklər
2000-ci illər2010-cu illər2020-ci illər2030-cu illər2040-cı illər
Əsrlər
XX əsrXXI əsrXXII əsr
2022 digər təqvimlərdə
Qriqori təqvimi 2022
MMXXII
Yuli təqvimi 2022
Yuli təqvimi
bizans erasında
7530-7531 (1 sentyabr)
Romanın yarandığı gündən 2774-2775 (21 aprel)
Avropa təqvimi
5782-5783

ה'תשפ"ב  - ה'תשפ"ג

Hicri təqvim 1443-1444
Erməni təqvimi 4514-4515 (11 avqust)

ՍԻԲ

Çin təqvimi 4718-4719
辛丑 - 壬寅
ağ öküz  - qara pələng
Efiopiya təqvimi 2014 - 2015
Hind təqvimi
- Vikram-samvat 2078-2079
- Şaka sambat 1944—1945
- Kali-yuqa 5123-5124
İran təqvimi 1400-1401
Buddist təqvimi 2565
Holosen təqvimi 12022
Yapon xronologiyası 4 Reyva erası
Fransız inqilabı təqvimi 230—231
Çuçxe təqvimi 111-ci çuçxe ili
Minqo təqvimi 111-ci Tayvan ili
Şinzo Abe sui-qəsdiŞri-Lanka etirzları (2022)Hunqa Tonqa–Hunqa Haapay vulkanlnln püskürməsi və sunami (2021-2022)Rusiya–Ukrayna müharibəsi (2022)II Elizabetin ölümüQazaxıstan etirazları (2022)2022 Qış Olimpiya Oyunları2022 FİFA Dünya Kuboku
Soldan, saat əqrəbi istiqamətində: Sinzo Abenin öldürülməsindən bir neçə saat sonra Yamato-Saidaiji Stansiyasında yol qovşağı; Şri-Lankada Prezident Katibliyi qarşısında hökumət əleyhinə etiraz aksiyası; Hunqa Tonqa–Hunqa Haapay vulkanı püskürdü və bu XXI əsrin ən güclü vulkan püskürməsi oldu; Böyük Britaniya kraliçası II Yelizavetanın dəfn mərasimi; Qətərdə 2022 FİFA Dünya Kubokunun açılış mərasimi; Çinin Pekin şəhərində 2022 Qış Olimpiya Oyunları keçirildi; Qazaxıstan etirazları zamanı Aqtöbe şəhərinin mərkəzi meydamında nümayişlər; Rusiyanın Ukraynanı işğal etməsi zamanı Mariupol şəhəri yaxınlığında Rusiyaya məxsus məhv edilmiş BMP-3 tankı.

2022 (MMXXII) — Qriqorian təqviminə görə Şənbə günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2022-ci ilidir. III minilliyin və XXI əsrin 22-ci ilidir. 2020-ci illərin 3-cü ilidir.

2022-ci ildə COVID-19 koronavirus pandemiyasının davam etməsi qlobal inflyasiya artımına təsir göstərdi. 2020-ci ilin sonunda başlayan COVID-19 infeksiyası əleyhinə vaksinasiyanın qlobal yayılması davam etdi. İl ərzində COVID-19 ilə bağlı məhdudiyyətlər ləğv edildi və beynəlxalq sərhədlər yenidən açıldı.

Fevral ayından etibarən Rusiyanın Ukraynanı işğal etməsi beynəlxalq qınaqlara, yüzlərlə şirkətin Rusiyadan çıxarılmasına, sanksiyalara, nüvə təhdidlərinə, 15,7 milyon ukraynalının (8 milyon məcburi köçkün və 7,7 milyon qaçqın) öz yurd-yuvasından didərgin düşməsinə və İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişəyə səbəb oldu.

2022-ci ildə dünya əhalisinin sayı 8 milyardı keçdi. Bu il həmçinin tanınmış dünya liderlərinin, o cümlədən Sindzo Abe, Mixail Qorbaçov, II Yelizaveta, Tsyan Tsemin, XVI Benedikt və s. ölümləri ilə yadda qaldı.


Developed by StudentB