İllər |
---|
2019 • 2020 • 2021 • 2022 — 2023 — 2024 • 2025 • 2026 • 2027 |
Onilliklər |
2000-ci illər • 2010-cu illər — 2020-ci illər — 2030-cu illər • 2040-cı illər |
Əsrlər |
XX əsr — XXI əsr — XXII əsr |
2023 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 2023 MMXXIII |
Yuli təqvimi | 2023 |
Yuli təqvimi bizans erasında |
7531-7532 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2775-2776 (21 aprel) |
Avropa təqvimi |
5783-5784 ה'תשפ"ג - ה'תשפ"ד |
Hicri təqvim | 1444-1445 |
Erməni təqvimi | 4515-4516 (11 avqust)
ՍԻԳ |
Çin təqvimi | 4719-4720 壬寅 - 癸卯 qara pələng - qara dovşan |
Efiopiya təqvimi | 2015 - 2016 |
Hind təqvimi | |
- Vikram-samvat | 2079-2080 |
- Şaka sambat | 1945—1946 |
- Kali-yuqa | 5124-5125 |
İran təqvimi | 1401-1402 |
Buddist təqvimi | 2566 |
Holosen təqvimi | 12023 |
Yapon xronologiyası | 5 Reyva erası |
Fransız inqilabı təqvimi | 231—232 |
Çuçxe təqvimi | 112-ci çuçxe ili |
Minqo təqvimi | 112-ci Tayvan ili |
2023 (MMXXIII) — Qriqorian təqviminə görə Bazar günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2023-cü ilidir. III minilliyin və XXI əsrin 23-cü ilidir. 2020-ci illərin 4-cü ilidir.
2023-cü ildə COVID-19 pandemiyasının (Ümumdünya Səhiyyə Təşkilatı qlobal sağlamlıq vəziyyətində fövqəladə vəziyyət adlandırmağı dayandırdı) azalması müşahidə edildi. İl ərzində 2022-ci ildən başlayaraq Rusiyanın Ukraynanı işğal etməsi davam etdi. Aprel ayında Sudanda hərbi konflikt başladı.
2023-cü ildə həmçinin çoxsaylı təbii fəlakətlər oldu. Türkiyə və Suriyada təxminən 60000 insanın ölümünə səbəb olan zəlzələ baş verdi. Bu zəlzələ XXI əsrin beşinci ən ölümcül zəlzələsidir. Eləcə də tarixdə qeydə alınmış ən uzunmüddətli tropik siklon olan Freddi siklonu da təxminən 1400 insanın ölümünə səbəb oldu.
2023-cü ildə bank böhranı baş verdi. Nəticədə çoxsaylı ABŞ regional bankları iflas etdi. İsveçrədə UBS tərəfindən Credit Suisse investisiya bankının satın alındı. ABŞ bankları arasında çökən ən böyük 2 bank: Silicon Valley Bank və First Republic Bank. Bunlar ABŞ tarixindəki ikinci və üçüncü ən böyük bank çöküşləridir.
Texnologiya sahəsində 2023-cü ildə generativ süni intellekt modellərinin davamlı yüksəlişi müşahidə edildi və müxtəlif sənayelərdə tətbiqlər yeni zirvələrə çatdı. Maşın öyrənməsi və təbii dil emalında irəliləyişlərdən istifadə edən bu modellər real və ardıcıl mətn, şəkillər və musiqi yaratmağa qadirdir. Şəxsi şirkətlər arasında süni intellektlə silahlanma yarışı 2010-cu illərin sonlarından bəri davam edir. Microsoft tərəfindən dəstəklənən OpenAI və Google-un sahibi Alphabet bu gün firmalar arasında üstünlük təşkil edir.