A | |
---|---|
A a ɑ | |
(aşağıya baxın) | |
İstifadəsi | |
Yazı sistemi | Latın yazısı |
Növ | əlifba |
Kökən dil | latın dili |
Səs istifadəsi | |
Unicode dəyəri |
U+0041, U+0061 |
Əlifbadakı sıra | 1 |
Tarix | |
Təkamül | |
Variantlar | (aşağıya baxın) |
Digər | |
Yazı yönü | soldan sağa |
A yaxud a — çağdaş Azərbaycan əlifbası kimi Yer üzündəki bir çox dildə işlədilən latın əlifbasının ilk hərfi.[1][2] Azərbaycan dilində hərfə a adı verilib (oxunuşu: /ɑ/). Formaca törədiyi əski yunan əlifbasının alfa hərfi və habelə bu əlifbadan törəyən kiril əlifbasının A hərfi ilə oxşayır.[3] Hərfin böyük versiyasının görünüşü ortasından üfüqi xətt keçən bir nöqtədən çəkilmiş iki əyri xətt kimidir. Kiçik a hərfi isə iki cür yazılır: ikiqatlı a və birqatlı ɑ. Birinci görünüş, əsasən, çap yazısında, ikincisi isə, əsasən, əl yazısında və əl yazısı əsaslı şriftlərdə istifadə olunmaqdadır.
<ref>
teqi; oed
adlı istinad üçün mətn göstərilməyib