AH-64 Apache | |
---|---|
Tipi | Hücum helikopteri |
İstehsalçı | McDonnell Douglas, AgustaWestland |
İlk uçuş | 30 sentyabr 1975 |
İstismara verilmə tarixi | 26 yanvar 1984 |
İstismarçılar | |
Buraxılış sayı | 2.000, 2.000[1] |
Vikianbarda əlaqəli mediafayllar |
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur.
Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır. İlk istehsal olunmuş AH-64D Lonqbou helikopteri 1997-ci ilin mart ayında orduya təhvil verilmişdir. Hal-hazırda da istehsalı Boeing şirkəti tərəfindən davam etdirilən helikopterdən 2013-cü ilin mart ayına qədər 2,000 helikopter istehsal etmişdir.
Hal-hazırda əsas istifadəçisi ABŞ ordusudur. Bununla yanaşı bir çox digər ölkələrin də əsas döyüş helikopteri hesab olunur. Bu ölkələrə Yunanıstan, Yaponiya, İsrail, Niderland, Sinqapur və BƏƏ daxildir. Həmçinin bu helikopterlər Böyük Britaniyada da lisenziya altında istehsal olunur. Amerikan AH-64 helikopterləri Panama, İraq, Kosovo, Əfqanıstan, Fars körfəzi kimi ərazilərdə bir çox əməliyyatlara cəlb olunub. İsrail ordusuna məxsus "Apaçi"lər Livan və Qəzzə zolağında; İngilis və alman ordusuna məxsus helikopterlər isə Əfqanıstan və İraqda əməliyyatlara cəlb olunub.