ASAP Rocky | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Rakim Athelaston Mayers[1] |
Ləqəbi | A$AP Rocky |
Doğum tarixi | 3 oktyabr 1988 (36 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Partnyoru |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, musiqi videosu rejissoru[d], sahibkar, aktyor, kino aktyoru, model[d], rejissor |
Fəaliyyət illəri | 2007-ci ildən |
Janrlar | hip-hop[d], psixodelik rep[d], eksperimental hip-hop[d], klaud rep[d], trep, alternativ hip-hop |
Albom şirkətləri | RCA Records, AWGE Records[d], Polo Grounds Music[d] |
Təhsili |
|
Üzvlüyü |
|
asaprocky.com | |
Vikianbarda əlaqəli mediafayllar |
ASAP Rocky[2] (əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem, Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds Music və RCA Records ilə səsyazma müqaviləsi bağlamışdır.
Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. ASAP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 Chainz və Kendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib. Rocky çox keçməmiş 2015-ci ildə ikinci albomu "At. Long. Last. A$AP"i buraxaraq əvvəlki uğurunu təkrar etmişdir. Onun bu albomu Billboard hit-paradına daxil olaraq birinci sıraya yüksəlib, xüsusilə albomun "L$D" sinqlı və musiqi videosu 2016-cı ildə "Qremmi" mükafatına namizəd göstərilmişdir. Onun 2018-ci ildə işıq üzü görmüş üçüncü albomu "Testing" bir sıra ölkələrin musiqi sıralarına başçılıq etmişdir.
Rocky bir "BET", iki "BET Hip Hop" və bir "MTV Video Japan" mükafatına layiq görülüb, həmçinin o, iki dəfə "Qremmi" mükafatlna namizəd göstərilmişdir.[3] Rocky özünün və ASAP Mob qrupunun mahnı klipləri üçün rejissorluq etmişdir. Rocky bundan əlavə olaraq Lord Flacko təxəllüsündən istifadə edərək musiqi prodüserliyi ilə məşğul olur.[4]