Admiral (ərəb. əmir əl-bəhr – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir.[1] Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur).[2]
XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.[3]