|
---|
Albani (ing. Albany) — Amerika Birləşmiş Ştatlarının Şərqindəki Nyu York ştatının paytaxtı və "Albani Kauntinin (County)" mərkəzi olan şəhərdir. Albani, Hudson çayının qərbində, cənubdan Muhavk (Mohawk River) çayı ilə təxminən 16 km məsafədə uzanan və Nyu York ştatının 150 km şimalında yerləşir.
Albani zəngin tarixi, ticarət, mədəniyyət, memarlıq və ali təhsil müəssisələri ilə tanınır. 2013-cü il siyahıyaalınmasına görə təxminən 1,1 milyon əhaliyə malik olan bu Əyalət Paytaxtı, dövlətin üçüncü ən böyük şəhər paytaxtıdır. 2010-cu il siyahıyaalınmasından sonra isə Albaninin əhalisi 97,856 nəfər idi.
Daha sonralar Albani adlanacaq bolgə, 1614-cü ildə, Fort Nassauda kürk ticarəti ilə qurulan və 1624-cü ildə Fort Oranjı (Yeni Hollandiya) yerləşmə zonasına çevirən holland kolonistlər tərəfindən salınmışdır. 1664-cü ildə, ingilislər hollandların yaşayış məskənlərini ələ keçirərkən onu ilk öncə gələcək Albani başçıları, ingilis II Ceyms və şotland VII Ceymsin şərəfinə Albani adlandırdılar. 1686-cı ildən Şəhər rəsmən ingilislər tərəfindən idarə olunurdu. 1797-ci ildə ABŞ-nin yaradılması ilə bərabər Albani, Nyu York əyalətinin paytaxtı oldu. Albani, On Üç Britaniya Koloniyasının ən qədim yaşayış məskənlərindən və Birləşmiş Ştatların ən uzunmüddətli şəhərlərindən hesab olunur.
XVIII əsrin sonlarında və 19-cu əsrdə Albani ticarət və nəqliyyat mərkəzi idi. Hudson çayının şimalında gəmilərin hərəkət etdiyi yerə qədər uzanan şəhər, Böyük Gölləri "Erie" Kanalı ilə birləşdirən şərqi terminal və dünyanın ən qədim dəmiryolu sisteminin olduğu yer olaraq da bilinir. 1920-ci illərdə Albanidə, Demokratik Partiyanın hökmranlıq etdiyi güclü bir siyasi sistem meydana gəldi. 20-ci əsrin ikinci yarısında, suburbanizasiya səbəbindən Albani şəhər əhalisinin sayında azalma baş verdi; buna baxmayaraq, Nyu York Əyalət Qanunvericiliyi 1990-cı illərdə şəhər ətrafında abadlıq və tikinti layihələrinin gerçəkləşdirilməsi üçün 234 milyon dollarlıq planı təsdiqlədi. 21-ci əsrin əvvəllərində, Albaninın nanotexnologiya sektorunda böyük uğurları olan yüksək texnologiyalı sənayedə artım yaşandı.