Alyaska

Alyaska
State of Alaska
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

64° şm. e. 150° q. u.HGYO


Ölkə
İnzibati mərkəz Cuno
Tarixi və coğrafiyası
Yaradılıb 3 yanvar 1959
Sahəsi
  • 1.717.856 km²
Hündürlük
580 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 733.391 nəf. (1 aprel 2020)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu US-AK
Rəsmi sayt
Alyaska xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AlyaskaŞimali Amerikanın ucqar şimal-qərbində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus ştat. Berinq boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Mərkəzi Cuno şəhəridir. Şərq və şimal-şərqdən Kanadanın Britaniya Kolumbiyası əyaləti və Yukon ərazisi ilə həmsərhəddir. Ucqar qərb nöqtəsi Attu adasında yerləşir və qərb istiqamətində Berinq boğazı boyunca Rusiya (Çukotka muxtar dairəsi) ilə dəniz sərhədinə sahibdir. Şimaldan Şimal Buzlu okeanın cənub hissəsini təşkil edən ÇukotBofort dənizləri ilə əhatə olunmuşdur. Cənub və cənub-qərb istiqamətləri boyunca Sakit okeanla əhatə olunmuşdur. Ərazisinin böyüklüyünə görə ABŞ ştatları arasında ilk pillədədir. Əraziyə görə dünyada 7-ci ən böyük ərazi vahididir. Əhalisinin sayına və hər kvadrat kilometrə düşən əhali sıxlığına görə ABŞ-nin 50 ştatı arasında son üç yerdən birində qərarlaşıb. Bununla belə, Şimali Amerikanın 60-cı şimal enliyində yerləşən əraziləri içərisində ən çox əhaliyə sahib bölgə hesab olunur. 2015-ci ildə ABŞ Siyahıyaalma Bürosu tərəfindən təşkil olunmuş hesablamalara əsasən Alyaska əhalisi 738,432 nəfərdən ibarətdir ki, bu da Şimali Kanada və Qrenlandiyanın ümumi əhalisindən dörd dəfə çoxdur. Alyaska əhalisinin təqribən yarısı Ankoric metropolisi ərazisində məskunlaşmışdır. Bölgə iqtisadiyyatının əsas hissəsini balıqçılıq, nefttəbii qaz sənayeləri təşkil edir. Hərbi bazalar və turizm də iqtisadiyyatda mühüm yer tutur.

ABŞ Alyaskanı 30 mart 1867-ci il tarixində 7.2 milyon ABŞ dolları qarşılığında Rusiya imperiyasından satın almışdır. Bu bölgə ABŞ-nin tabeliyinə keçdikdən sonra bir neçə dəfə inzibati dəyişikliyə uğramış və 11 may 1912-ci ildə ABŞ daxilində ərazi statusu almışdır. Son olaraq, 3 yanvar 1959-cu ildə isə ABŞ-nin 49-cu ştatı kimi qəbul olunmuşdur.[3]

  1. (unspecified title). C. 11. S. 348.
  2. 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
  3. Video: 49th Star. Alaska Statehood, New Flag, Official, 1959/01/05 (1959). Universal Newsreel. 1959. İstifadə tarixi: 5 aprel 2019.

Developed by StudentB