Andorra | |||||
---|---|---|---|---|---|
Principat d'Andorra | |||||
| |||||
Virtus Unita Fortior, El País dels Pirineus | |||||
Himn: |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Andorra la Vella | ||||
baş nazir | Antoni Marti Petit [V.2011~ ] | ||||
Sahəsi | Dünyada 193-cü | ||||
• Ümumi | 468 km² | ||||
• Su sahəsi (%) | 0,26 | ||||
Əhalisi | |||||
• Əhali | 82 min nəfər (201-ci) | ||||
• Siyahıyaalma (1989) | 46 166 nəf. | ||||
• Sıxlıq | 175 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 3 214 million dollar (180-ci) | ||||
• Adambaşına | 37 200 dollar (36-cı) | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .ad | ||||
ISO kodu | AD | ||||
BOK kodu | AND | ||||
Telefon kodu | +376 | ||||
Saat qurşaqları |
|
||||
Nəqliyyatın yönü | sağ[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Andorra (kat. Andorra) və ya rəsmi adı ilə Andorra Knyazlığı (kat. Principat d'Andorra) — Cənubi Avropada mikrodövlət. Andorra dənizə çıxışı olmayan ölkələrdən biridir və Pireney yarımadasının şərqində yerləşir. Şimalda Fransa, cənubda isə İspaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Andorra la Vella, ümumi sahəsi 467,63 kvadrat kilometr, əhalisinin sayı 79000 (2021) nəfərdir.[2] İdarəetmə forması konstitusiyalı monarxiya olan ölkə Fransa Respublikasının prezidenti və Urjel yepiskopu tərəfindən birgə idarə olunur.
Andorranın sahəsi 465 kv. km-dir. Ölkə Şərqi Pireneyin cənub yamacında, Ebro hövzəsinə aid Cerpe çayının qolu Valiranın orta və yuxarı axını boyu dağ dərəsində yerləşir. Onu qərbdən, şərqdən və eləcə də Fransa tərəfdən hündürlüyü 2500 m-ə qədər olan sıldırım dağ yamacları əhatə edir. Ölkənin yerləşdiyi dərə İspaniya tərəfə açıqdır.[3]
Sahəsinə görə Avropanın mikro dövlətləri içərisində ən böyüyü olsa da, dünya ölkələri işərisində 176-cı, Qərbi Avropada isə 20-ci yeri tutur. Koma Pedros adlanan zirvənin dəniz səviyyəsindən hündürlüyü 2949, Kapa zirvəsinin hündürlüyü isə 2629 metrdir.[4]