Antarktida

Antarktida
Ümumi məlumat
Sahəsi: 14,4 mln km2
Ölkə sayı: 0
Əhali: 1.106
Ən uzun çayı: Oniks çayı
Ən böyük gölü: Vostok
Ən hündür nöqtəsi: Vinson massivi (4892m)
Şimal ucqar nöqtəsi: Sifre burnu

AntarktidaYerin ən cənub materikiqitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb.[1] Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir.

Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür.[2] Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir.[3] Antarktidanın daimi məskunları yoxdur və qədim insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvinsuiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir.

Materikin kəşfindən xeyli əvvəl Terra Australis (Cənub torpağı) və Terra Incognito (Naməlum torpaq) haqqında əfsanə və spekulyasiyalar olsa da, Antarktidanı ilk dəfə 1820-ci ildə Rusiya tərəfindən təşkil olunmuş Mixail LazarevFaddey Bellinshauzenin ekspedisiyası kəşf edib. Lakin, çətin iqlim şəraiti və qitənin qalan dünyadan təcrid olunması sonrakı dövrlərdə onun tədqiq edilməsinə böyük maneələr törədib.

Bu gün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 50 iştirakçı tərəfə malik olan Antarktika haqqında konvensiya müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.

Antraktidada buz örtüyünün 4 kilometr dərinliyində Şərq gölü yerləşir.

  1. British Antarctic Survey. "Bedmap2: improved ice bed, surface and thickness datasets for Antarctica" (PDF). The Cryosphere Journal. 16 February 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 January 2014.
  2. "The World at a Glance: Surprising Facts". 4 March 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2009.
  3. "La Antártida" (ispan). Dirección Nacional del Antártico. 13 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2016.

Developed by StudentB