Aran iqtisadi rayonu

İqtisadi rayon
Aran iqtisadi rayonu
Ölkə
Tarixi və coğrafiyası
Ləğv edilib 7 iyul 2021
Sahəsi 21.430 km²
Əhalisi
Əhalisi 1.893.036 nəfər
Aran iqtisadi rayonu Azərbaycanın mərkəzində
Aran iqtisadi rayonu Azərbaycanın mərkəzində

Aran iqtisadi rayonuAzərbaycan Respublikasının 2021-ci ilə qədər[1] şərti iqtisadi rayonlarından biri. Cənubdan İranla, həmçinin Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan, AbşeronLənkəran iqtisadi rayonları ilə həmsərhəddir. Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonlarındanMingəçevir, ŞirvanYevlax şəhərlərindən ibarətdir.

İqtisadi rayon əsasən Kür-Araz ovalığında yerləşir, əlverişli İCM-ə malikdir. Ovalığın ərazisinin mərkəzi və şərq hissələri okean səviyyəsindən aşağıda yerləşir, səthi hamardır. Dəniz və çay çöküntüləri düzənliyin çox hissəsini örtür. İqtisadi rayonun ətrafında olan dağlara yaxın sahələrinin səthi meyllidir. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. İqtisadi rayonun sahəsi 21,43 min km2 olmaqla ölkə ərazisinin 24,7%-ni əhatə edir. Əhalinin sayı 1863,5 min nəfər, o cümlədən şəhər əhalisi 708,3 min nəfərdir. Ölkə əhalisinin 20,2%-i burada yaşayır. Əhalinin orta sıxlığı hər km2-ə 87 nəfər, urbanizasiya səviyyəsi 38,0 %-dir (2012). İqtisadi rayonun düzən relyefi, bol aqroiqlim ehtiyatları, Kür və Araz çayları kimi su arteriyaları, suvarma şəraitində məhsuldar olan torpaqlar kənd təsərrüfatı işləri aparılması və əhalinin məskunlaşması üçün əlverişli təbii şərait yaradır. Kür çayının sahillərində tuğay meşələri vardır. Aran iqtisadi-coğrafi rayonunun əsas yeraltı sərvətlərinə neft, təbii qaz, yodlu-bromlu mədən suları, müxtəlif tikinti materialları (əhəngdaşı, qum-çınqıl) aiddir. Bu ehtiyatlar əsasən rayonun mərkəzi və şərq hissəsində cəmlənir. Aran iqtisadi-coğrafi rayonu inkişaf etmiş sənaye sahələrinə malikdir. Sənaye potensialının əsas hissəsi şərqdə yerləşən Şirvan, Salyan və Neftçala şəhərində, şimal-qərbdə olan Mingəçevir və Yevlax şəhərlərində cəmlənmişdir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları istehsalı iqtisadi-coğrafi rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələridir. Şirvan şəhəri ətrafında, Salyan və Naftçala rayonlarında neft-qaz hasil olunur. Mingəçevir və Şirvan Şəhərində DRES-lər, Mingəçevir və Varvarada SES-lər işləyir. Mingəçevir ölkənin mühüm energetika bazasıdır. Ölkədə istehsal edilən elektrik enerjisinin 60%-i bu iqtisadi rayon verir. Kimya sənayesi üzrə Mingəçevir, Salyan və Neftçala şəhərlərində müəssisələr fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu yerləşir. İqtisadi rayonda becərilən pambığın ilkin emalı pambıqtəmizləmə zavodlarında həyata keçirilir. Bu sahə yüngül sənaye məhsullarının əsas hissəsini verir. Bununla yanaşı, pambıq parça istehsalı (Mingəçevir), yunun ilkin emalı (Yevlax), xalçaçılıq (Hacıqabul) üzrə müəssisələr vardır. Lakin onların fəaliyyətində ciddi problemlər yaranmışdır. Ona görə yüngül sənayenin rolu hələlik aşağıdır, onun əvvəlki rolunun qaytarılması vacibdir. Yeyinti sənaye sahəsində kifayət qədər xammal bazası olsa da, onlardan az istifadə olunur, emal müəssisələri şəbəkəsi zəifdir. Meyvə-tərəvəz və balıq konservləri, ət-süd və digər heyvandarlıq məhsullarının emalı sahəsində çoxsaylı müəssisələr yaradılması imkanları vardır. Aran iqtisadi-coğrafi rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonudur. Əkinçilik yalnız suvarmaya əsaslanır. Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Həmçinin taxıl, üzüm, kartof, şəkər çuğunduru, günəbaxan, yem bitkiləri əkilir. Heyvandarlığın inkişafı üçün təbii imkanlar kifayət qədərdir və onlardan istifadə edilərək mal-qara, qoyun saxlanılır. Aran iqtisadi-coğrafi rayonu ölkə və regional əhəmiyyətli magistral dəmir və avtomobil yolları üzərində yerləşir. Bakı şəhərini ölkənin əksər inzibati rayon mərkəzləri, Gürcüstan, İran İR və Türkiyə ilə birləşdirən nəqliyyat yolları onun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Ərzurum qaz kəməri də bu rayonun ərazisindən keçir. 18 inzibatı ərazi bölgüsündən ibarət olan Aran iqtisadi rayonu Azərbaycanın ən iri iqtisadi rayonudur. Aran iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Mingəçevirdir. Geniş potensiala malik olan bu region imkanları və təbii ehtiyatları ilə (neft, təbii qaz, tikinti materialları) zəngindir. Aran ölkənin əsas pambıqçılıq regionudur. Bərdə pamçılığın ən çox yayıldığı Aran bölgəsidir. Bakıdan Gürcüstana, İrana və Türkiyəyə gedən əsas yollar Aranın ərazisindən keçir. Yevlaxla Bakı arasında hava əlaqəsi var.

Aran iqtisadi regionu olduqca əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik Qafqaz, cənubda Lənkəran iqtisadi regionu, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. İqtisadi regionun ümumi sahəsi 21,43 min km² olmaqla, ölkə ərazisinin 24,7 %-ni əhatə edir.

Respublikamızın əkinçilik regionu olan Aran iqtisadi regionunun torpaq örtüyü əsas etibarilə boz və açıq şabalıdı torpaqların müxtəlif növlərindən ibarətdir. Bu torpaq növlərindən əlavə, ərazinin müxtəlif sahələrində çəmən-bataqlıq, şoranlaşmış və qumsal torpaqlara da təsadüf edilir. Boz torpaq və onun ayrı-ayrı növləri başlıca olaraq Kür-Araz ovalığında yayılmışdır. Çəmən-bataqlıq torpaqlara isə ovalığın müxtəlif sahələrində geniş sahəni əhatə edən talalar şəklində təsadüf edilir. Ovalığın Böyük və Kiçik Qafqaz dağlarına birləşən dağətəyi hissələrinin torpaqları daha məhsuldar olan tünd şabalıdı, şabalıdı və açıq şabalıdı, dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlardan ibarətdir.

Aran iqtisadi regionunun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən və əsasən Kür və Araz çaylarının əmələ gətirdiyi düzənliklərdən ibarətdir. Burada Kür çayının sol sahili ilə Şirvan, sağ sahili boyu Qarabağ, Mil, Arazın və Kür aşağı axınından cənubda isə Muğan və Salyan düzləri yerləşir.

İqtisadi region üçün əsasən quru subtropik iqlim xarakterikdir. Rayon ovalığı kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün zəruri olan işıq və istilik ehtiyatına malikdir. Burada günəşli saatların davamı 2200–2400 saat, dağ ətəyindən mərkəzi hissələrə doğru fəal temperatur isə 400C-dən 460C-dək çoxalır. Yayı çox isti keçir. İyun ayının orta temperaturu 26–280C-yə çatır. Bəzən yay aylarında havanın mütləq temperaturu 40–430C-yə qədər artır. Qış fəsli mülayım və şaxtasız keçib, yanvar ayında temperatur 1–30C arasında dəyişir. Mütləq minimum temperaturun 8–120C-yə qədər aşağı düşdüyü hallar da müşahidə olunur.İqtisadi potensial çox güclüdür. Aran iqtisadi-coğrafi rayonu inkişaf etmiş sənaye sahələrinə malikdir. Sənaye potensialının əsas hissəsi şərqdə yerləşən Şirvan, Salyan və Neftçala şəhərində, şimal-qərbdə olan Mingəçevir və Yevlax şəhərlərində cəmlənmişdir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları istehsalı iqtisadi-coğrafi rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələridir. Şirvan şəhəri ətrafında, Salyan və Naftçala rayonlarında neft-qaz hasil olunur. Mingəçevir və Şirvan Şəhərində DRES-lər, Mingəçevir və Varvarada SES-lər işləyir. Mingəçevir ölkənin mühüm energetika bazasıdır. Ölkədə istehsal edilən elektrik enerjisinin 60%-i bu iqtisadi rayon verir. Kimya sənayesi üzrə Mingəçevir, Salyan və Neftçala şəhərlərində müəssisələr fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu yerləşir. İqtisadi rayonda becərilən pambığın ilkin emalı pambıqtəmizləmə zavodlarında həyata keçirilir. Bu sahə yüngül sənaye məhsullarının əsas hissəsini verir. Bununla yanaşı, pambıq parça istehsalı (Mingəçevir), yunun ilkin emalı (Yevlax), xalçaçılıq (Hacıqabul) üzrə müəssisələr vardır. Lakin onların fəaliyyətində ciddi problemlər yaranmışdır. Ona görə yüngül sənayenin rolu hələlik aşağıdır, onun əvvəlki rolunun qaytarılması vacibdir. Yeyinti sənaye sahəsində kifayət qədər xammal bazası olsa da, onlardan az istifadə olunur, emal müəssisələri şəbəkəsi zəifdir. Meyvə-tərəvəz və balıq konservləri, ət-süd və digər heyvandarlıq məhsullarının emalı sahəsində çoxsaylı müəssisələr yaradılması imkanları vardır. Aran iqtisadi-coğrafi rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonudur. Əkinçilik yalnız suvarmaya əsaslanır. Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Həmçinin taxıl, üzüm, kartof, şəkər çuğunduru, günəbaxan, yem bitkiləri əkilir. Heyvandarlığın inkişafı üçün təbii imkanlar kifayət qədərdir və onlardan istifadə edilərək mal-qara, qoyun saxlanılır. Aran iqtisadi-coğrafi rayonu ölkə və regional əhəmiyyətli magistral dəmir və avtomobil yolları üzərində yerləşir. Bakı şəhərini ölkənin əksər inzibati rayon mərkəzləri, Gürcüstan, İran İR və Türkiyə ilə birləşdirən nəqliyyat yolları onun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Ərzurum qaz kəməri də bu rayonun ərazisindən keçir.[2]

  1. "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 7 iyul 2021-ci il. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
  2. "Arxivlənmiş surət". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.

Developed by StudentB