Arsenal FK

Arsenal FK
Arsenal F.C.
Loqonun şəkli
Ölkə
Ləqəb(lər) The Gunners (Topçular)
The Red Army (Qırmızı Ordu)
Rəng(lər)          qırmızı
Yaranma tarixi 1886
Stadionu Emirates (stadion), London
Tutumu 60,432[1]
Prezidenti ABŞ Stan Kroenke
Baş məşqçisi İspaniya Mikel Arteta
Liqa İngiltərə Premyer Liqası
2022-2023 2
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arsenal FK (ing. Arsenal Football Club, The Arsenal, The Gunners, The Red Army) — İngiltərə Premyer Liqasında yer alan bir futbol klubu. Şimali Londondakı Hollouey səmtində qurulmuşdur. İngiltərənin ən müvəffəqiyyətli klublarından biri olub, 13 Premyer Liqa çempionluğu və 14 FA Kuboku çempionluğu var. Arsenal, Premyer Liqada ən uzun müddət lider qalma və bir mövsüm məğlub olmadan çempion olan yeganə klubdur. Premyer Liqanın qızıl kuboku yalnız Arsenalın muzeyindədir. Arsenal həmçinin FA Kubokundada 14 dəfə qalib olmaqla rekordçudur.

Arsenal 1886-cı ildə quruldu və 1893-cü ildə Futbol Liqasına qatıldı. XX əsrin 30-cu illərində ilk böyük turnirini qazanan komanda, bu dövrdə 5 liqa çempionluğu ilə 2 kubok çempionluğu əldə etdi. Müharibə dövründən sonra, 1970–1971 mövsümündə həm İngiltərə Premyer Liqasını həm də FA Kubokunu qazanaraq, 20-ci əsrdə bunu bacaran ikinci komanda oldu. Sonrakı 20 il içində uğurlu oynayıb, yenə həm İngiltərə Premyer Liqasını, həm də FA Kubokunu eyni mövsümdə qazandılar. Sonradan bu müvəffəqiyyəti iki dəfə daha təkrarladılar və UEFA Çempionlar Liqasının finalına yüksələn ilk London klubu oldular.

Klubun rəngləri, ənənəvi olaraq qırmızı və ağ olub, tarixi müddət boyunca dəyişmədən günümüzə qədər gəlmişdir. Ancaq, klubun məskunlaşdığı yer bəzi dövrlərdə dəyişdirilmişdir. Qurulduğunda Cənub-şərq Londondakı Woolwich səmtində olan klub, 1913-cü ildə şəhərin şimalına, Arsenalın Stadionunun olduğu yerə, Highburye köçürülmüşdür. 2006-cı ildə isə Holloway yaxınlarındakı yeni stadionları olan, Emirates stadionuna köçmüşdülər.

Arsenal, olduqca böyük tərəfdar kütləsinə malikdir. Digər klublarla davamlı olaraq rəqabət halındadırlar. Ən əhəmiyyətli rəqibləri isə Şimali Londondan olan qonşuları Tottenhem klubudur. Aralarında böyük bir rəqabət söz mövzusudur və aralarındakı oyunlara Şimali London Derbisi deyilməkdədir. Arsenal, ayrıca İngiltərənin ən zəngin klublarından biridir (2008-dəki büdcələri 600 milyon funtdur). Kluba bağlı olaraq mübarizə aparan Arsenal Qadın Futbol Komandası, İngiltərənin ən uğurlu qadın futbol komandasıdır.

  1. "The real capacity of Emirates Stadium". www.arsenal.com. The Arsenal Football Club plc. 20 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2016.

Developed by StudentB