Astronomiya | |||
Elm sahəsi → öyrənir | |||
---|---|---|---|
| |||
Yarımbölmə → öyrənir |
Astronómiya — hərfi mənada göy cisimləri, ulduzlar, geniş mənada isə Kainat obyektləri və bütövlükdə Kainat haqqında elmdir.[1]
Yer, Ay, başqa böyük planetlər və onların peykləri, kometlər, kiçik planetlər, meteorlar və meteroitlər, planetlərarası kosmik fəza, Günəş, ulduzlar və onların sistemləri, qalaktikalar, ulduzlararası və qalaktikalararası mühit, müxtəlif relyativist obyektlər "Kainat obyektləri" adlanır. Bu obyektlərin bütöv çoxluğu isə Kainatdır.[1]
Başqa sözlə desək Astronomiya- Səma cisimlərini (Qalaktikalar, ulduzlar, planetlər, kometlər), onların sistemlərinin hərəkəti, quruluşu, mənşəyi və inkişafını öyrənən elmdir.[2]
Astronomiya qədim tarixə malikdir. Astronomiyaya aid ilk elementar məlumatlar, minlərcə il bundan əvvəl Babildə, Misir və Çində məlum idi.[3]
Qədim zamanlarda astronomiya bir sıra elmlərin məcmusuna deyilirdi. Bunların içində naviqasiya, meteorologiya və hətta astrologiya da vardı. Müasir elmdə astronomiya dedikdə əsas olaraq astrofizika başa düşülür. Astronomiya iki yerə bölünür; nəzəri və vizual astronomiya.
Astronomiya elminin tədqiqat obyekti Kainat və onun elementlərinin mənşəyi, tərkibi, xassəsi, təkamülü və inkişaf qanunauyğunluqlarıdır. Əlaqəli təbii sistemlərdən dördü — Günəş sistemi, ulduzlar, qalaktikalar, Kainat astonomiyanın tədqiqat obyektidir. Bu obyektləri öyrənmək üçün o fizika elminin müasir tədqiqat metod və vasitələrindən istifadə edir. Başqa sözlə, astronomiya, əslində fizika kursunda öyrənilən sistemləri Meqaaləm miqyasında tədqiq edir.