Ateizm |
---|
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi.[1][2][3][4] Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir.[5][6] Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir.[1][2][7][8] Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir.[9][10][11][12]
Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən[13] ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi.[14] Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi.[14] Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı.[15] Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.[16][15] Fransız İnqilabı "Bənzəri görünməmiş ateizm" ilə insan ağlının üstünlüyünü müdafiə edən tarixin ilk böyük siyasi hərəkatına şahid oldu.[17]
Ateist arqumentlər fəlsəfi yanaşmadan sosial və tarixi yanaşmalara qədər uzanır. İlahi varlıqlara inanmamaq üçün empirik sübutların olmaması,[18][19] şər problemi, ziddiyyətli dini mətnlər, saxtalaşdırıla bilən anlayışların rədd edilməsi, inancsızlıq arqumentləri irəli sürülür.[18][20] Bəzi ateistlərin sekulyar fəlsəfəni mənimsəməsinə[21][22] baxmayaraq, bütün ateistlərin riayət etdiyi bir ideologiya və ya davranış dəsti yoxdur.[23] Ateizm teizmdən daha həssas bir mövqedədir, buna görə tanrının mövcud olmaması iddiasının sübut olunması ateistlər üzərinə şamil edilmir, lakin teizmin məntiqliliyini təmin etmək üçün teistlər tanrının mövcudluğunu sübut etməlidir.[24]
Ateizm konsepsiyaları fərqlilik göstərdiyindən, ateistlərin mövcud sayının dəqiq qiymətləndirilməsi çətindir.[25] Win-Gallup Beynəlxalq tədqiqatlarına görə, 2012-ci ilin əvvəlində keçirilən sorğuda respondentlərin 13 %-i "etiqadlı ateist" idi.[26] Bu göstərici 2015-ci ildə 11 %,[27] 2017-ci ildə isə 9 % idi.[28] Bununla yanaşı, digər tədqiqatçılar WIN/Gallup göstəriciləri ilə ehtiyatlı olmağı məsləhət görmüşlər. Çünki onilliklər ərzində eyni müşahidədən istifadə edən və daha böyük nümunə ölçüsünə malik olan digər tədqiqatlar ardıcıl olaraq aşağı göstəricilərə çatmışdır.[29] Britan Yayım Korporasiyası (BBC) tərəfindən 2004-cü ildə aparılan araşdırmada ateistlərin dünya əhalisinin 8 %-ni təşkil etdiyi qeyd edildi.[30] Digər köhnə təxminlər ateistlərin dünya əhalisinin 2 %-ni, dinsizlərin isə 12 %-ni təşkil etdiyini göstərmişdi.[31] Bu sorğulara görə, Avropa və Şərqi Asiya ən yüksək ateizm göstəricisi olan bölgələrdir. 2015-ci ildə Çin əhalisinin 61 %-nin ateist olduğu müəyyən edilmişdi.[32] Avropa İttifaqında keçirilən 2010-cu il Avrobarometr sorğusuna əsasən, AB əhalisinin 20 %-i "hər hansı bir ruh, tanrı və ya "həyat gücünə" inanmır.[33]
<ref>
teqi; encyc-unbelief-def-issues
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; oxdicphil
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; religioustolerance
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; eb2011-atheism
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; encyc-philosophy
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; RoweRoutledge
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; reldef
adlı istinad üçün mətn göstərilməyibBelief in a deity, or deities, as opposed to atheism
...belief in the existence of a god or gods...
<ref>
teqi; drachmann
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; logical
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Drange-1996
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; honderich
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; WINGIA 2017
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; BBC-2004-demographics
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; eb2007-demographics
adlı istinad üçün mətn göstərilməyib