Atropatena

Satraplıq
Atropatena
 
 
 

Paytaxt Qazaka, Ərdəbil[1]
Ən böyük şəhər

Aqnazana, Fraaspa, Tavreş,

Ordvil, Fanaaspa
Rəsmi dilləri Atropaten dili
Dövlət dini Zərdüştçülük
İdarəetmə forması monarxiya
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Atropatena, Adurbadaqan, Atropat Midiyası (fars. آتورپاتکان‎, yun. Ατροπατήνη, süry. Aδorbāyγān, ərəb. آذربایجان‎) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində[2] mövcüd olmuş qədim dövlət ve bu gün Azərbaycan adlanan rayonun qədim adıdır. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi cənub ərazilərini və İranın bir hissəsini əhatə edirdi. İndiki Azərbaycanın tarixi adı Atropatenadan yaranmışdır.[3]

Keçmiş Əhəməni satrapı,[4] əslən, çox güman ki, midyalı olan Atropat e.ə. 321-ci ildə (Sərkərdə Peridikkinin ölümündən sonra) Atropatena dövlətinin və Atropatilər sülaləsinin əsasını qoyur, yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniyalı İskəndərin imperiyasının parçalanmasından sonra yenidən ilk olaraq Azərbaycanın cənub ərazisində,sonra isə cənubun təsiri ilə Azərbaycanın şimalında müstəqil dövlət meydana gəlir.[5]

  1. https://web.archive.org/web/20130322101125/http://www.iranicaonline.org/articles/azerbaijan-i.
  2. Nweeya, Samuel K. Persia, the Land of the Magi Or the Home of the Wise Men (ingiliscə). Philadelphia: The John C. Winston Co. 1913. səh. 79. the Caspian Sea and Ghilan bound it on the northeast, and Kurdistan on the southeast
  3. Houtsma, M. Th, redaktorE.J. Brill's first encyclopaedia of Islam, 1913-1936. Leiden ; New York: E.J. Brill. 1993. ISBN 978-90-04-09796-4.
  4. Susan M. Sherwin-White, Amélie Kuhrt, "From Samarkhand to Sardis: a new approach to the Seleucid Empire", University of California Press, 1993. pg 78: – " The independence of the area Media Atropatene, named after Atropates, satrap of Media under Darius and Alexander (now Azerbaijan), under local Iranian dynasts, was pre-Selecuid"
  5. Azərbaycan Milli Elmlər Akademiyası, A.Bakıxanov adına Tarix İnstitutu. Azərbaycan tarixi. Yeddi cilddə. Bakı. "Elm". 2007. Cild I, səh 217

Developed by StudentB