Ümumi məlumat | ||
---|---|---|
Sahəsi: | 54,759,000 km² | |
Ölkə sayı: | 94 | |
Sahəcə ən böyük ölkəsi: | Rusiya | |
Dili: | Avrasiya dilləri | |
Ən uzun çayı: | Yanszı | |
Ən böyük gölü: | Xəzər[a] Baykal | |
Ən hündür nöqtəsi: | Everest, Himalay | |
Ən çökək yeri: | Marian çökəkliyi |
Avrasiya — Yerin ən böyük materiki. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir[1]. Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edir[2].
Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi −395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır.
Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir.
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı