Avstraliya | |||||
---|---|---|---|---|---|
Commonwealth of Australia | |||||
| |||||
There's NOTHING like Australia[3] | |||||
Himn: Avstraliya himni |
|||||
Tarixi | |||||
• Federasiya və konstitutsuya | 1 yanvar, 1901 | ||||
• Avstraliya aktı | 3 mart, 1986 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Kanberra | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | ΙΙΙ Çarlz | ||||
General-Qubernator | Sam Mostyn | ||||
Baş nazir | Anthony Albanese | ||||
Sahəsi | Dünyada 6-cı | ||||
• Ümumi | 7,692,024 km2 km² | ||||
• Su sahəsi (%) | 1.79 | ||||
Əhalisi | |||||
• Əhali | ▲ 26,491,700 nəfər (53-cü) | ||||
• Siyahıyaalma (2021) | 25,890,773 nəf. | ||||
• Sıxlıq | 3.4 nəf./km² (192-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $1.718 trilyon dollar (20-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $1.708 trilyon dollar (13-cü) | ||||
İİİ (2021) | 0.951 (artım; 5-ci) | ||||
Demonim | Avstraliyalı, Auissie | ||||
Valyuta | Avstraliya dolları[6][7][…] | ||||
İnternet domeni | .au | ||||
ISO kodu | AU | ||||
BOK kodu | AUS | ||||
Telefon kodu | +61[8] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][9] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir.[10] Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur. Beləki dünyanın bir çox ölkələri Avstraliyadan dəmir filizləri, eləcədə Uran filizi alırlar. Avstraliyada böyük qızıl mədənləri var. Buradan hər gün küllü miqdarda qızıl alınır.
Avstraliya ərazisi təqribən 60 min il əvvəldən etibarən Avstraliya aborigenləri tərəfindən məskunlaşmış ərazi olmuş, 18-ci əsrin sonlarından etibarən isə bu əraziyə ingilis müstəmləkəçiləri gəlməyə başlamışdır. Avstraliya aborigenlərinin danışdığı dillər öz sinfinə görə 250 qrupa bölünür. 1606-cı ildə qitənin hollandlar tərəfindən kəşf edilməsindən sonra bu ərazi Yeni Hollandiya adlandırılmışdır. 1770-ci ildə Böyük Britaniya Avstraliyanın şərq sahillərini kəşf etmiş və bura ərazi iddiası irəli sürmüşdür. 26 yanvar 1788-ci il tarixindən etibarən britaniyalılar öz ölkəsində qaydalara tabe olmayan şəxsləri Yeni Cənubi Uels əyalətindəki koloniyalara sürgün etməyə başlamışdır. Həmin tarix hal-hazırda Avstraliyanın milli bayramı olaraq hər il müntəzəm şəkildə qeyd olunur. İllər keçdikcə bu əraziyə köç edənlərin sayı da stabil şəkildə artmağa başlamış və artıq 1850-ci ilə qədər qitənin böyük hissəsi kəşf olunmuş, həmçinin özünü idarəetmə hüququna sahib olan beş kral koloniyası qurulmuşdur. 1 yanvar 1901-ci ildə altı koloniya federasiyalaşmaq barədə qərar qəbul etmiş və Avstraliya İttifaqı formalaşmışdır. Altı ştat və on federal ərazidən ibarət olan Avstraliya hazırda stabil liberal demokratik siyasi sistemi ilə idarə olunur.
İnsanlar tərəfindən məskunlaşmış ən düzənlik[11] və ən quru qitə olan Avstraliyanın sahəsi 7,617,930 kvadrat kilometrdir.[12][13] Ərazinin olduqca böyük olması səbəbilə ölkədə müxtəlif relyef formalarına rast gəlmək mümkündür. Belə ki, Avstraliyanın mərkəzi hissəsi səhralarla, şimal-şərq hissəsi tropik meşələrlə, cənub-şərq hissəsi isə dağlarla əhatə olunmuşdur.[14] Buna baxmayaraq, əhali sıxlığı hər kvadrat kilometrə 2.8 nəfər düşür ki, bu da dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Avstraliya dağ-mədən sənayesi, telekommunikasiya, bankçılıq və emaledici sənaye sahələrindən yüksək gəlir əldə edir.[15][16][17] Avstraliya aborigenlərinin qaya üzərində çəkdiyi rəsmlər isə dünyanın ən qədim və ən zəngin incəsənət nümunələrindən hesab edilir.
Dünyada nominal ÜDM-nin həcminə görə 13-cü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə 19-cu yerdə qərarlaşan Avstraliya yüksək inkişaf etmiş ölkədir. Adambaşına düşən gəlirin səviyyəsinə görə dünya ölkələri arasında 10-cu yeri tutan bu ölkənin çox böyük gəliri var.Regional güc hesab olunan Avstraliya hərbi xərclərin həcminə görə 13-cü yerdədir.[18] Ölkə əhalisinin 26%-ni immiqrantlar təşkil edir ki, bu da dünya ölkələri arasında 9-cu ən yüksək göstəricidir.[19] Həyat keyfiyyəti, tibb, təhsil, iqtisadi və mülki azadlıqlar, həmçinin siyasi hüquqların yüksək səviyyədə təmin olunması nəticəsində Avstraliya hazırda qlobal insan inkişafı indeksinə görə ikinci yerdədir.[20] Avstraliya hal-hazırda BMT, G20, Millətlər Birliyi, ANZYUS, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Ticarət Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Sakit Okean adaları forumu və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası kimi təşkilatların üzvüdür.