CGI

CGI (Common Gateway Interface) – CGI texnologiyası dedikdə Internet resurs daxilində baza əlavələrində interaktiv elementlərindən istifadə nəzərdə tutulur. CGI texnologiyası verilənlər axınının bir obyektdən digər obyektə ötürülməsini təmin edir.

Ümumdünya şəbəkədə çatlar, konferensiyalar, elan lövhələri, axtarış istemləri bu cür təşkil olunmuşdur. Ümumilikdə CGI texnologiyasının iş prinsipi aşağıdakı kimi qurulmuşdur: *İstifadəçi Veb səhifədə hər hansı formanı doldurur və düyməni basır. Bundan sonra HTML kodunda qurulmuş CGI skriptinin çağırış sətri uyğun CGI proqramını işə salır və ona informasiyanın emalı prosesini ötürür.

  • İstifadəçi tərəfindən daxil olan verilənlər bu proqram vasitəsilə göndərilir, həmin proqram öz növbəsində verilənləri başqa səhifəyə "düzür": ya poçt vasitəsilə və ya hər hansı başqa üsulla.

CGI skriptləri Veb serverdə bu məqsədlə ayrılmış direktoriyalarda yerləşirlər. Bu direktoriyalara CGI–BIN qoyulur. Belə proqramların qurulması və yerinə yetirilməsi http-serverə xüsusi icazə ilə yanaşı, istifadəçidə müəyyən bilik və təcrübə tələb edir.

CGI texnologiyası iki üsulla realizə olunur:

  • PERL (Practical Extraction and Report Language) dilində yazılmış proqramlardan istifadə etməklə. Bu cür fayllar .pi genişləndiricisinə malik olur. PERL dili də HTML kimi interpritasiya olunmuş dildir, yəni skripti yerinə yetirən zaman əlavə kompilyasiyalar tələb olunmur.
  • C dilindən istifadə etməklə yaradılmış əlavələrin köməyi ilə. Bu əlavələr serverdə kompilyasiya edilir. Beləliklə uyğun UNIX platformalarının çoxu bu dildə qurulmuş translyatorları özündə birləşdirir. Belə proqramlar .cgi genişləndiricisinə malik olur.

Yuxarıda sadalanan əməliyyatlardan əlavə CGI texnologiyasının köməyi ilə reklam bannerlərinin ardıcıl göstərilməsi sistemini yaratmaq, faylların serverlərə avtomatik yüklənməsini təmin etmək, veb saytın səhifəsindən elektron məktubun göndərilməsi formasını hazırlamaq və virtual şəkillər xidmətini təşkil etmək olar.

Üstün cəhəti: kliyentin proqram təminatından asılı olmaması, yəni bu texnologiyanı veb brauzerin (veb səyyahın) köməyi ilə serverdəki informasiyalara baxan hər bir istifadəçi tətbiq edə bilər. Bu zaman hansı versiyalı veb brauzerlərdən istifadə edilməsi vacib deyil.

Mənfi cəhəti: CGI proqramını serverdə yükləmək və quraşdırmaq üçün adminstrator hüququna malik olmaq lazımdır. Belə ki, bu proqramlar işləyərkən server kompüterin normal işləməsini və şəbəkənin stabilliyini poza bilər.


Developed by StudentB