CSS | |
---|---|
Yaradılma tarixi | 17 dekabr 1996 |
Fayl sonluğu |
.css |
w3.org/Style/CSS/ drafts.csswg.org | |
Vikianbarda əlaqəli mediafayllar |
HTML |
---|
Müqayisələr |
CSS (ing. Cascading Style Sheets) — sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən HTML və XHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər.
HTML sənədlərini yaradarkən veb-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar:
Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar.
CSS kodları, HTML kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir. Növünə görə <code> <BODY> </ code> ya <code> <HEAD> </ code> bölmələrində ala bilərlər. Bundan başqa,<link rel="stylesheet" type="text/css" href="style.css" />koduyla CSS faylı iş səhifəsi əlavə oluna bilər. Onları ayrı-faylda və ya fayllarda saxlamaq, onları dəyişik HTML səhifələrində istifadə edilməsini təmin edir, eyni səhifənin dəyişik cihazlara görə formatlandırılmasını asanlaşdırır.
CSS kodlarının HTML faylına əlavə olunması üç fərqli şəkildə icra edilə bilər.
CSS standartında faylların formatı .css şəklindədir.