Cift | |
---|---|
Cift | |
Göbək ciyəsi ilə birlikdə insan cifti (doğuşdan sonra) | |
Latınca | Placenta |
Kod | ET E5.11.3.1.1.0.5 |
Cift (lat. Placenta) — süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş; 15–20 sm, qalınlığı mərkəzi hissəsində 3 sm və vəzni 500 q olan bir üzvdür. Cift dölə baxan və uşaqlıq divarına bitişik iki səthə malikdir. Dölə baxan səthi basıq və hamardır özüdə su qişası ilə örtülmüşdür. Bunun ortasından göbək ciyəsi — lat. funiculus umbilicalis başlanır. Ciftin uşaqlıq divarına bitişik səthi qabarıqdır və dərin şırımlar vasitəsilə bir çox paycıqlara (lat. cotyledones) bölünmüşdür.