DHCP

DHCP (Dynamic Host Configuration Protocol) - Dinamik IP adresilərini kompüterlərə paylayan bir xidmət növüdür. UDP 67 və 68 portlarını istifadə edir.

Dynamic Host Configuration Protocol - yararları

  1. IP Adresləri avtomatik olaraq kompüterlərə paylanır.
  2. Böyük şəbəkələrdə İP toqquşmalarının qarşısı alınmış olur.
  3. Şirkət içərisində tez-tez yerini dəyişən kompterlər üçün İP dəyişmə çətinliyini aradan qaldırır.
  4. Wins, Gateway, Dns və s. kimi məlumatları birbaşa Server üzərindən daxil etmək imkanı yaradır.

Dynamic Host Configuration Protocol - işləmə mexanizması.

DHCP Server və DHCP Client-lər İP alış-verişini 4- addımda gerçəkləşdirir.

  1. DHCP Discovery
  2. DHCP Offer
  3. DHCP Request
  4. DHCP Acknowledgment


1.DHCP DiscoveryŞəbəkəyə daxil olmuş yeni kompüter bir İP adresi axtarışına çıxar. DHCP Discovery paketi broadcast olaraq (255.255.255.255, FF:FF:FF:FF:FF:FF) şəbəkəyə göndərilir.
2.Bu paketləri alan DHCP Server DHCP Offer –lə ip adresi, subnetmask və icarə müddəti kimi informasiyaları həmin kompüterə göndərərək, onun DHCP Discovery – paketinə cavab verir.
3.İP - istəyi üçün müraciət etmiş kompüter DHCP Offer-ə DHCP Request –lə cavab verir. Bu cavabdan sonra DHCP Server – həmin kompüterə təklif etdiyi İP- adresini icarə müddəti boyunca öz məlumat bazasına qeydiyyat edər.
4.Bunun ardından DHCP Server İP - istəyi üçün müraciət etmiş kompüterə əməliyyatın uğurla başa çatdığına dair cavab paketi olaraq DHCP Acknowledgment (ACK) – paketini gönədərir. Bu paketlə birlikdə İP - istəyi üçün müraciət etmiş kompüterə əgər varsa Gateway, DNS , Wins və s. kimi informasiyalar son olaraq çatdırılmış olur.Əgər əməliyyat uğurlu nəticələnməsə DHCP Server ACK yerinə NACK(Negative Acknowledgment) paketini həmin kompüterə göndərir və yuxarıda sadaladığımız əməliyyatlar yenidən başlamış olur.

Developed by StudentB