Dezoksiribonuklein turşusu (DNT)[1][2] — canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsildən-nəslə ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaq üzrə DNT-yə sahibdir.[3]
DNT heyvan vəya bitki kimi eukariot hüceyrələrdə nüvədə yerləşir. Buradaki DNT hüceyrənin bəzi mərhələlərində xromosom şəklində yüksək dərəcədə sıxışdırılır. Eukariotlarda DNT, həmçinin, mitoxondri və ya plastid kimi bəzi orqanellərdə də var. Bakteriya vəya arxey kimi prokariot orqanizmlərdə isə, DNT nüvəvari ərazidə hüceyrə membranına tutunmuş haldadır. Bu orqanizmlərdə plazmid deyilən, avtonom bölünə bilən kiçik və adətən dairəvi DNT molekulları da mövcuddur. Bundan başqa bəzi viruslar genetik material olaraq təkzəncirli və ya ikizəncirli DNT molekuluna sahibdir.